Yaşıl dünya naminə həmrəylik ili”, “Sıfır tullantı”, “Tullantıların idarə olunması” adlı tədbir
03.06.2024 – cü il tarixdə Qobustan rayon İcra hakimiyyətinin akt zalında İcra hakimiyyətinin və Ekologiya və Təbii sərvətlər idarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, “Sıfır tullantı”, “Tullantıların idarə olunması” ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Qobustan RİH Başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, 6 saylı regional Ekologiya və Təbii sərvətlər idarəsinin əməkdaşları - “Ətraf mühitdən istifadənin tənzimlənməsi, ekoloji maarifləndirmə” sektorunun baş məsləhətçisi - Neman Kərimov, “Ətraf mühitin mühafizəsi” sektorunun məsləhətçi müfəttişi - Kamil Abdulov və Qobustan RİHB – nın İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etdilər.