Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan rayonunun Təklə Mirzəbaba və Nabur kəndlərində yeni inşa olunan tam orta məktəblərin açılışında iştirak edib.
Qobustan rayon Təklə Mirzəbaba kəndində inşası aparılan, Cənab Prezident İlham Əliyevin 30.06.2020-ci il tarixli sərəncamına əsasən Təhsil Nazirliyinin sifarişi əsasında tikilən Təklə Mirzəbaba kənd tam orta məktəbinin inşasına 14.02.2021-ci il tarixində başlanılmışdır. Məktəb 132 şagird yerlikdir. Məktəbin ümumi ərazisi 7003 kv.m-dir. Qobustan rayon Nabur kəndində inşası aparılan,Təhsil Nazirliyinin sifarişi əsasında tikilən Nabur kənd tam orta məktəbin tikintisinə 25.01.2021-ci il tarixdə başlanılmışdır. Məktəb 264 şagird yerlikdir. Məktəbin ümumi ərazisi 5313 kvm-dir.Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov , Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Əliyev Rövşən ilə birlikdə yeni tikilən tam orta məktəblərin açılış tədbiri keçirdi.
Qobustan rayon İcra hakimiyyəti başçısı Adil Məmmədov çıxış edərək əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi və bütün şagirdlərə yeni tikilən müasir tipli məktəblərdə uğurlar arzuladı.
Sonra bildirdi ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.