“Yeniyetmə və gəncləri radikalizimdən qoruyaq” mövzusunda tədbir
Fevralın 12-də Qobustan rayonu Sündü kəndi Ş.Şikarov adına tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizimdən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qobustan RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amil Vəzirli, DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan rayonu Sündü kəndi Ş.Şikarov adına tam orta məktəbin Ictimai əsaslarla təşkilatçı müavini Elbrus Alcanov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Dini radikalizmin bu gün ən aktual problemlərdən biri olduğu, dini radikalizmin mahiyyəti və onun ağır fəsadları barədə məlumat verilib, yeniyetmə və gənclərin dini radikalizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməsinin vacibliyi qeyd edilib. Həmçinin gənclərin radikalizm təhlükəsindən qorunmasında dini maarifləndirilmənin önəmli olduğu vurğulanıb. Ölkəmizin milli-mənəvi dəyərləri, multikulturallığı və tolerantlığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.