Zəfər Gününüz mübarək!
Zəfər Gününüz mübarək! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!
Qobustan şəhər Gənclər Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan bayram konserti keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Qobustan rayon Şəhidlər xiyabanı ziyarət olundu.
Ziyarətdən sonra Gənclər Mərkəzində davam edən bayram tədbirində Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrı ayının 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi qərara alındığı bir daha diqqətə çatdırılıb.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Zəfər Günü münasibəti ilə Qobustan rayon sakinlərini təbrik etdi.
Ərazi bütövlüyümüz təmin olundu - Heç bir statusdan söhbət gedə bilməz
Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam və şərsiz qələbəsinin əyani sübutudur. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular.
“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Sonra bayram konserti başlanıb. Konsertdə Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunan mahnılar ifa edildi.