Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərərli vərdişlərə qarşı mübarizədə dini icmaların rolu.”mövzusunda  tədbir

05 iyul 2024 | 17:28

İyulun 5-də Qobustan rayon Gənclər Evində Qobustan Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizədə dini icmaların rolu.”mövzusunda  tədbir keçirilib.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan Rayon Polis şöbəsinin əməkdaşı Nicat Əlverdiyev, Qobustan rayon din xadimləri və icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı zərərli vərdişlər və onun fəsadları haqqında məlumat verilib.   Zərərli vərdişlərə qarşı mübarizənin təkcə ayrı-ayrı şəxslərin və dövlət qurumlarının deyil,dini icmaların və bütövlükdə cəmiyyətin işi olduğundan bəhs edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər