Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərərli vərdişlərə yox deyək!” və “Sosial şəbəkənin mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir

26 may 2026 | 15:49

      26 may 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan şəhəri A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək!” və “Sosial şəbəkənin mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

     Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşları, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Məmmədov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının İlkin Səhiyyə Xidmətinin şöbə müdiri Nərgiz Sadiqzadə, müəllim kollektivi, şagirdlər iştirak etdilər.

      Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva çıxış edərək bildirdi ki, insan həyatı ən böyük dəyərdir. Hər birimiz sağlam, xoşbəxt və uzun ömür sürmək istəyirik. Lakin bəzən öz seçimlərimizlə bu dəyəri təhlükə altına qoyuruq. Siqaret və narkotik maddələr məhz belə təhlükəli seçimlərdəndir. Onlar əvvəlcə sadə bir maraq, dost təsiri və ya stresdən uzaqlaşmaq istəyi kimi başlasa da, zamanla insanı asılı vəziyyətə salaraq həyatını məhv edə bilir. Siqaret insanın ağciyərlərini zədələyir, nəfəsini zəiflədir və ciddi xəstəliklər yaradır. Alkoqol insanın düşüncəsinə təsir edir, ailələrdə problemlər yaradır və insanı pis yollara aparır. Narkotik maddələr isə insanı həm fiziki, həm də mənəvi cəhətdən məhv edir. Bu maddələrə başlayan insanların çoxu sonradan həyatlarını itirir və ya cəmiyyət üçün faydasız bir insana çevrilir.

     Təəssüf ki, bu gün uşaqlar arasında başqa bir təhlükəli asılılıq da yayılıb — telefon və sosial şəbəkə asılılığı. Uşaqlar saatlarla telefon qarşısında vaxt keçirir, kitab oxumağa, dərs çalışmağa və ailələri ilə ünsiyyətə az vaxt ayırırlar. Bu isə həm sağlamlığa, həm də insanın inkişafına mənfi təsir göstərir.

     Daha sonra Qobustan Rayon Polis Şöbəsininin əməkdaşı, polis kapitanı Vüsal Məmmədov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının İlkin Səhiyyə Xidmətinin şöbə müdiri Nərgiz Sadiqzadə çıxış etdilər.

     Tədbir diskussiya formasında davam etdirildi. Sonda bu mövzularda videoçarx izlənildi.

Keçidlər