Rayon haqqında
Ümumi məlumat
- Məlumatlar
- Rayon: Qobustan
- Rayon mərkəzi Qobustan şəhəri
- Ərazi: 1369,4 (km2)
- Əhali: 43 125
- Əhali sıxlığı: 31 (nəfər/km2)
- Nəqliyyat vasitəsi kodu: 37
- Telefon kodu: 020
- Poçt kodu (Mərkəzi PŞ): AZ 3700
- Yaşayış məntəqələrinin sayı 33
İqtisadiyyatı
Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.
Rayonun coğrafi vəziyyəti və relyefi
- Tariximizin ilk daş səhifələrini minlərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində azərbaycan Respublikasının şərq hissəsində yerləşir.
Təbiəti
- Qobustanın torpaq örtüyü müxtəlifdir. Şərq hissədə boz, qonur şorakətli, şimal-qərbdə şabalıdı torpaqlar yayılmışdır. Qobustan adi görünüşündən fərqli olaraq bitki örtüyü ilə zəngindir. Azərbaycandakı 4000 bitki növündən 470 növünə burada təsadüf olunur.