Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi haqqında sərəncam.

Qobustan rayonu İcra hakimiyyəti yanında yaradılan

İctimai Şuraya  seçkinin təşkil edilməsi haqqında

SƏRƏNCAM


    Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunun tətbiqi barədə 16 yanvar 2014-cü il tarixli 89 nömrəli fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 may 2014-cü il tarixli 171 nömrəli qərarına əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1.Qobustan Rayon İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi məqsədilə aşağıdakı tərkibdə seçki komissiyası yaradılsın:
                            
Komissiyanın sədri:

  • 1.Məharət Əkbərov -    Qobustan rayonu İcra hakimiyyəti başçısının  
  •                                      müavini-Sosial-iqtisadi inkişafın təhlili və 
  •                                      proqnozlaşdırılması şöbəsinin müdiri


ÜZVLƏRİ:
 

  • 2.Təranə Güləliyeva-    Qobustan rayonu İcra hakimiyyəti başçısının 
  •                                       müavini-İctimai-siyasi  və  humanitar 
  •                                       məsələlər şöbəsinin müdiri
  • 3.Aytən Əhmədova-     Qobustan rayonu İcra hakimiyyəti başçısı 
  •                                      aparatının Hüquq şöbəsinin  müdiri
  • 4. İradə Məmmədova- Qobustan rayonu İcra hakimiyyəti başçısı 
  •                                      aparatının Hüquq şöbəsinin  məsləhətçisi
  • 5. Ənvər Qayıbov    -   TİAHŞ-nın Qobustan Rayon Komitəsinin sədri                                      
  • 6. Şıxbala Bayramov - Qobustan Rayon Ağsaqqallar Şurasının sədri
  • 7. Nicat Həşimov -       DİİXİ Hİ Qobustan Rayon Komitəsinin sədri
  • 8. Abdulhəsən Ağayev -  Əmək və Müharibə Veteranları Şurasının         
  •                                         Qobustan rayon şöbəsinin sədri
  • 9. Heydər Qaçayev-        Respublika Sahibkarlar Şurasının Qobustan  
  •                                        rayon təşkilatının sədri

                                              
2.Seçki Komissiyasına tapşırılsın ki, ictimai şuraya seçkini “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun təşkil etsin.
3.Bu sərəncam Qobustan Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (qobustan-ih.gov.az) yerləşdirilsin və “Qobustan” qəzetində dərc edilsin.
4.Tapşırılsın Rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Günel Səftərovaya sərəncamın aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
5.Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.


                      Qobustan rayonu İcra
                      hakimiyyətinin başçısı:                         A.M. Məmmədov

Keçidlər