Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhriyarov Vüsal


line

Soyad: Şəhriyarov
Ad: Vüsal
Ata adı: Təbiyyət
Doğum tarixi: 11.12.2001
Şəhid olub: 19.09.2023
Rütbə: əsgər
   Təltifləri

       3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni

 

 

 

    Şəhid Şəhriyarov Vüsal Təbiyyət oğlu, 11.12.2001-ci ildə Qobustan rayon Çalov kəndində anadan olub. 2008-ci ildə Yaşar Sadıqov adına Çalov kənd ümumi orta məktəbə gedib. 2010-cu il yanvar ayında təhsilini donduraraq A.O.Çernyoviski adına Qobustan şəhər 1 saylı tam orta məktəbə gedib. 2019-cu ildə məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Respublikasının N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2020-ci il Tovuz döyüşləri və 44 günlik Vətən Müharibəsində artilleriya bölməsində xidmət edib. Kəlbəcərin alınmasına görə medalı ilə təltif edilib. 2020-ci ildə hərbi xidməti bitirərək ehtiyata buraxılmışdır. Şəhidimiz Şəhriyarov Vüsal Təbiyyət oğlu uşaq yaşlarından hərbiyə maraq saldığına görə yenidən 2023-cü ilin fevral ayının 18-də komando hazırlıq kursuna daxil olub. 19.09.2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub.

    Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Keçidlər