Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin xatirə gününə həsr edilmiş anım günü keçrildi.

12 dekabr 2017 | 16:00

Qobustan rayonunda 12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin xatirə gününə həsr edilmiş mərasim keçrildi. Anım günündə Qobustan rayon icra hakimiyyətinin başçısı, aparat işçıləri, idarə, müəssisə, təşkilat rəhbərləri və Qobustan rayon sakinləri iştirak etdilər. Mərasim Qobustan rayon  Heydər Əliyev Parkında abidə önünə gül qoyulması ilə başladı. Sonra Heydər Əliyev Mərkəzində mərasim davam etdi. Mərasimdə Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov çıxış etdi:

Hörmətli mərasim iştirakçıları!

     Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.
.  Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Heydər Əliyevin əbədiyyətə qovuşmasından 14 il keçir
    Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salsaq ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın milli tarixinin yaradıcısıdır. Çünki o müstəqil  milli dövlətçiliyin təməlini qoyan, onu pillə-pillə ucaldan bir şəxsiyyətdir. Bu mənada tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda döyüşən və onun qələbəsini təmin edən istedadlı sərkərdədir.
   Heydər Əliyevin mübarizliyi  bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi. Onun tərcümeyi-halı aydın göstərir ki, yüksək ali dəyərləri öyrənib təfəkküründən keçirmiş, dünyanın və zamanın dərkinə səyini heç zaman əsirgəməmiş  bu dahi bütün ali keyfiyyətlərini xalqının və Vətəni Azərbaycanın azad və xoşbəxt  gələcəyinə  xidmət etməyə səfərbər etmişdi”. “XIX əsrin tanınmış Amerika şairi Henri Longfello yazır: ” Böyük insanlar əbədiyyətə qovuşanda onların saxladıqları nur çox uzun illər sonra da bəşəriyyətin yolunu işıqlandırmaqda davam edir.” Heydər Əliyev elə bir nadir şəxsiyyət və möhtəşəm dövlət  xadimi idi ki, onun işığı hələ neçə əsrlər müstəqil Azərbaycan dövlətinin, onun bütün varlığı ilə sevdiyi Azərbaycanın və Azərbaycan xalqının yolunu işıqlandıracaq”.
     Heydər Əliyevinin 1993-cü ilin iyununda xalqın təkidli, tələbi ilə hakimiyyətə qayıdışından  sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən idi. O illərdə müxtəlif siyasi ambisiyalarla meydana atılan başabəla siyasətçilərdən fərqli olaraq, Heydər Əliyev hakimiyyətə ölkəsinə və xalqına xidmət  etmək üçün bir vasitə kimi baxırdı 
     Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunan müstəqilliyi zamanın çətin və keşməkeşli sınaqlarından çıxararaq, onu qoruyub saxlamış, sivil dünyanın və Avropa ailəsinin bir üzvünə cevirmiş ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tərəqqisi naminə respublikamıza rəhbərlik etdiyi 34 il ərzində göstərdiyi xidmətlər göz qabağındadır və onları saymaqla qurtaran deyil. İkinci dəfə respublika rəhbərliyinə qayıtdığı və ona başçılıq etdiyi 10 il ərzində ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini düzgün təsəvvür edib qiymətləndirmək üçün öncə onun ilk dəfə, yəni 1969-cu ilin iyul ayında hakimiyyətə gəldiyi vaxt respublikada yaranmış ictimai-siyasi və iqtisadi vəziyyətə nəzər salmaq lazımdır. Həmin dövrdə Azərbaycan günü-gündən kəskinləşməkdə olan sosial-iqtisadi, demoqrafik, mənəvi-psixoloji və sair sahələri əhatə edən bir sıra böyük çətinliklər və problemlərlə üz-üzə qalmışdı. 60-cı illərdə Azərbaycan Respublikasının iqtisadiyyatı dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranan ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü dəyişikliklər aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində yeni metodlar tətbiq edilməli idi.
    Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” deyən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdi və ömrünün ən möhtəşəm əsərini –  Müstəqil Azərbaycanı yaradaraq əbədiyyətə qovuşdu.
     Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır.
  “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən  Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bəli, o, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi və indi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır.
90-cı illərin əvvəllərində Azərbaycanın həlli görünməyən müdhiş problemləri vardı. Ölkə dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin eyni zamanda bu ölkəni öz canı qədər sevən Heydər Əliyev kimi böyük şəxsiyyət vardı. Xalqın müraciəti ilə Heydər Əliyev Azərbaycan tarixinin bu həlledici anında özünü vətənin harayına yetirən sərkərdə olaraq onu uçurumun astanasında tutub saxladı və ona heç zaman düşmən iradəsinə təslim olmamaq şansını verdi. Ölkəmizə özünəməxsus bir siyasi realizmlə müstəqil dövlət quruculuğuna təkan verdi. Rspublika rəhbərliyinə qayıtdığı ilk gündən başlayaraq ümummilli lider Heydər Əliyev ölkədə həyata keçirilən bütün islahatların ümumiyyətlə, cəmiyyətin həyatında baş verən köklü  dəyişikliklərin əsas təşkilatçısı, ilhamvericisi və istiqamətvericisi olmuşdur. Müdrik rəhbərin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində köklü islahatların aparılması üçün başlıca şərt olan ictimai-siyasi sabitlik təmin edilmişdir. Dövlətçiliyimiz və müstəqilliyimiz üçün böyük təhlükə olan Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı qəti addımlar atıldı və 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə olundu. Bununla da 5 ildən artıq davam etmiş hərbi əməliyyatlar dayandırıldı, münaqişənin dinc yolla aradan qaldırılması və Azərbaycanın müstəqil dövlət kimi yaşaması və sonrakı inkişafı üçün ilkin zəmin yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
     Ölkəmizin daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “ Əsrin müqaviləsi ”nin imzalanmasına nail oldu. Ancaq ölkədə başlanan bu böyük quruculuq işləri daxili və xarici düşmənlərimizin müqavimətinə rast gəlirdi.    1995-ci ilin noyabrında ölkəmizin ilk konstitusiyası qəbul edildi və Milli Məclisə demokratik seçkilər keçirildi. Beləliklə, müstəqil dövlətimizin təsisatlarını qurmaq və yaratmaq işi başlandı.
    Bəli, məhz ümummilli liderimiz Heydər Əliyevin apardığı ağıllı və məqsədyönlü iqtisadi siyasəti nəticəsində ölkənin ali qanunverici orqanı olan Milli Məclis torpaq və aqrar islahat, özəlləşdirmə, sahibkarlıq fəaliyyəti, vergi, maliyyə-bank sisteminin yenidən qurulması haqqında, ticarətin liberallaşdırılması, inhisarçılığın aradan qaldırılması və rəqabətin inkişafı, əhalinin sosial müdafiəsi və digər vacib vəzifələri reallaşdıran qanunlar qəbul etdi. Həyata keçirilən bu və digər kompleks tədbirlər nəticəsində Azərbaycanda 1996-cı ildən etibarən iqtisadiyyatın ilbəil artan inkişafı və dinamik yüksəlişi dövrü başlandı. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
    Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsinin müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyev demokratik hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün real zəmin yaratmışdır.
    Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlanmışdır. Bu gün müstəqil dövlətimiz   BMT-nin, ATƏT-in, Avropa Şurasının, Parlamentlərarası İttifaqın, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların bərabər hüquqlu üzvüdür.
     Hal-hazırda Azərbaycan Respublikası Qafqaz kimi geosiyasi əhəmiyyətli bir bölgədə sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən, qüdrətli bir dövlətdir.
    Azərbaycan bölgənin iqtisadi tərəqqisinə təkan verəcək qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin və Azərbaycan təbii qazının Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi nəhəng layihələrin əsas iştirakçılarından biridir. Bu istiqamətdə görülən işlər Azərbaycan Respublikasının bölgədə lider mövqe tutmasından xəbər verir.
Hörmətli toplantı iştirakçıları !
    Bu gün Azərbaycan Respublikasında sabitlik tam bərqərar olunub, ölkədə demokratiya və fikir azadlığı mövcuddur, iqtisadiyyat inkişaf edir, xalqın həyat səviyyəsi yüksəlib. Azərbaycanın bütün bu nailiyyətlərinin, doğma yurdumuzun adının yüksəkliklərə ucaldılmasının, ölkəmizdəki sabitlik, tərəqqi və inkişafın müəllifi Heydər Əliyevdir.
    Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki, Heydər Əliyev tək bu günkü Azərbaycanın yox, sabahkı əbədi Azərbaycanın da memarıdır. Bu gün  Heydər Əliyev siyasi məktəbinin Möhtərəm Prezidentimiz İlham Əliyev kimi istedadlı yetirməsi var. İlham Əliyev müəllifi Heydər Əliyev olan yeni neft startegiyasının dönməz və ardıcıl həyata keçirilməsində, Azərbaycanın dünyada müsbət imicinin daha da möhkəmləndirilməsində, doğma yurdumuza basqın etmiş Ermənistanın təcavüzkar kimi tanınmasında, ölkəmizdə idmanın inkişafında müstəsna xidmətləri vardır. Bu gün Azərbaycan xalqı İlham Əliyevin Heydər Əliyev siyasətinin prinsiplərinə əsaslanaraq ölkəmizin xoşbəxt gələcəyi naminə böyük, əzəmətli quruculuq işlərinə ustalıq və səriştə ilə rəhbərlik etdiyini yüksək qiymətləndirir və buna görə də öz gələcəyinə nikbin baxır.
     XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı  Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
    Müstəqillik tariximizdə Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin davamı olan Prezident İlham Əliyev dövrü Azərbaycanı bölgənin liderinə, dünyada söz sahibinə çevirən dinamik inkişaf və möhtəşəm quruculuq mərhələsi kimi tarixə yazılmaqdadır. Məhz 2003-cü ildə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev milli maraqları dövlət siyasəti səviyyəsində daha geniş şəkildə həyata keçirilməsini davam etdirdi. Bu maraqlar həm ölkə daxilində siyasi, iqtisadi, həm də Azərbaycan üçün xüsusi önəm daşıyan xarici siyasət sahəsində düşünülmüş və olduqca dəqiq hazırlanmış konsepsiyalar əsasında təmin edildi.
   “Bu, polad iradəli şəxsiyyət böyük sərkərdə dühası ilə gənc müstəqil Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən ustalıqla çıxararaq tərəqqiyə, yüksəlişə, davamlı sabitliyə, hüquqi, demokratik dövlətə doğru apara bilmiş və həyatının son məqamında belə yaratdığı bu möhtəşəm əsəri öz sədaqətli və dəyanətli silahdaşına etibar etməklə yeni möhtəşəm bir xidmətə imza atmışdır”.          
     Ümummilli Lider Heydər Əliyevin Bu siyasi kursu əldə rəhbər tutan  möhtərəm Prezidentimiz  İlham Əliyevin səyi nəticəsində müstəqil Azərbaycan yeni əsrə, yeni minilliyə, güclü addımlarla inamla irəliləyir. Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu uzun illər boyu Azərbaycanın tərəqqisi və yüksəlişinin baş xətti olaraq ölkəni yüksəlişə və tərəqqiyə aparacaqdır. Azərbaycanın neçə-neçə nəsli Heydər Əliyev məktəbindən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq və xalqımız var olduqca onu qəlbində əbədi yaşadacaqdır!

Allah rəhmət etsin

 

 

Keçidlər