Şriftin ölçüsü :

Saytın rəngi :

Xalid Mecdinov

 


line

Soyad: Məcdunov
Ad: Xalid
Ata adı: Zahir
Doğum tarixi: 20.02.1995
Şəhid olub: 02.10.2020
Rütbə: Çavuş
Təltifləri

«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı

 

Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur.

Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər