Şriftin ölçüsü :

Saytın rəngi :

Cavanşir Əhmədov

 

line

Soyad: Əhmədov
Ad: Cavanşir
Ata adı: Xeyrulla
Doğum tarixi: 12.11.1999
Şəhid olub: 16.10.2020
Rütbə: Əsgər
Təltifləri

«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«İgidliyə görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı

 

 

 

 

Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan biri də Cavanşir Əhmədovdur. İllər keçsə də, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.

Vətən müharibəsinin qəhrəman döyüşçülərindən olan Cavanşir Xeyrulla oğlu Əhmədov 12 noyabr 1999-cu ildə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində dünyaya gəlib. Atası Birinci Qarabağ veteranı olan Cavanşir uşaq yaşlarından vətənpərvər gənc kimi yetişib. 15 yaşı olanda hərbi məktəbə qəbul olmaq istəsə də, müəyyən səbəblərdən arzusu baş tutmur. Buna görə də atıcılıq kurslarına yazılır.

Xüsusi Təyinatlı Qrupun kursuna yazılmasında da başlıca səbəb vətənə sevgisi, döyüşə marağı olub. O, bu kursu sərrast nişançı-snayper kimi uğurla başa vurduqdan sonra bir müddət özü də təlim keçir. 2020-ci ilin iyul ayında Bakı İnşaat kollecini mühəndislik ixtisası üzrə bitirərək, hərbi xidmətə yollanır.

 

Vətən müharibəsi başlayanda döyüşlərə qoşulur, ilk gündən ən ağır döyüşlərdə iştirak edir. Atası deyir ki, bu yolu Cavanşir özü seçmişdi: "Onun ən böyük arzusu Qarabağ uğrunda döyüşmək, həmişə ön cəbhədə olmaq idi. Elə bu arzusunun ardınca da getdi, hərbçi oldu. Müharibə vaxtı hər zəng edəndə səsi bir başqa rayondan gələrdi. Axırıncı dəfə Hadrutda olanda danışdıq".

Ön cəbhədə vuruşan Cavanşir Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Xocavənd döyüşlərində də iştirak edən igid Cavanşir 2020-ci il, oktyabrın 15-də Hadrutda şəhadətə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra “Vətən Uğrunda”,“Cəsur döyüşçü”,“İgidliyə görə”,“Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.


 

 

Keçidlər