Şriftin ölçüsü :

Saytın rəngi :

Rzayev Adil

 


line

Soyad: Rzayev
Ad: Adil
Ata adı: Akif
Doğum tarixi: 20.08.1999
Şəhid olub: 20.10.2020
Rütbə: Hərbi vəzifəli əsgər
Təltifləri

«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

 

 

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Adil Rzayevdir.


Rzayev Adil Akif oğlu 1999-cu il avqustun 20-də Qobustan rayonunun Xilmilli kəndində anadan olub. Adil sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışı ilə cəbhəyə yolanır. Öncə isə bir neçə gün Qusarda təlim keçir. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Ailənin 5-ci övladı olan Adillə əlaqə oktyabrın 10-da kəsilib. 21 yaşlı əsgərin axtarışlarına başlanılıb. Nəşi tapılandan sonra Şəhidin kimliyinin müəyyənləşməsi üçün anadan Bakıda DNT analizi götürülüb. Noyabrın 30-da ailənin Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
 
Keçidlər