Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.
Rayonda ildə 40 min tona yaxın taxıl məhsulu əldə olunur ki, bu da heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi üçün əsaslı zəmin yaradır.
Qobustan rayonunun mövcud yay-qış otlaq sahələri burada heyvandarlığın inkişaf etdirilməsi, əsasən qoyunçuluq üçün çox əhəmiyyətlidir. Qış otlaq sahələrinin bitki örtüyü çox zəngindir. Elə bunun nəticəsində sentyabr ayından iyun ayına kimi davarları əlavə xərcə yol vermədən bəsləyib yüksək məhsuldarlığa nail olmaq olar. Hal-hazırda rayonda 179805 baş xırda buynuzlu heyvan mövcuddur.
Rayon qoyunçuları əsasən yerli şəraitə yüksək məhsuldarlığa malik olan, yaxşı bala bəsləyən çəki artımı qabiliyyəti olan Qala cinsinə daha çox üstünlük verirlər.
Maldarlıq sahəsi də rayonda aparıcı sahələrdən biridir. Hazırda rayonda qara malın baş sayı 28362 baş təşkil edir. Mal-qara əsasən yerli cinsdən, 20-30% şivis cinsindən olan heyvanlardır.
Rayonda quşçuluğu da inkişaf etdirmək üçün əlverişli şərait vardır. Hal-hazırda 67000 min başdan yuxarı quşlar mövcuddur.

 

İqlimi

İnzibati rayon ərazisində iqlim: yayı quraq keçən mülayim isti iqlimin olması ilə səciyyələnir. Xəzri küləkləri (şimal-şərq) tez-tez əsir, şərq və cənub –şərq tərəfdən isti küləklər əsməsində təsadüf edilir.
İllik temperatura +110 –dır. Qərbə və şimala getdikcə temperatur azalır. Mərkəzi Qobustanda maksimum temperatura +40 +410-yə kimi ola bilər. Qışda Arktik hava axını ilə əlaqədar temperatura -16-200-yə qədər aşağı düşür.
Mərkəzi zonada qərbdən gələn mülayim rütubətli hava şərqə doğru aridləşərək şərqdən qərbə doğru subtropik mülayim hava kütləsi də qərbə getdikcə sərtləşir. Bu aridləşmə MƏrəzə meridianın üzərində üzləşərək sərtləşir. Buna görə də Mərəzə meridianı zonasında kəskin havaların olmasına şərait yaranmış olur.
İllik yağıntı 400-500 mm-dir. ən çox yaz, payız aylarında yağıntı düşür. Yağıntı şimal-qərbdən cənub-şərqə doğru azalır. 

İnzibati ərazi dairələri

Qobustan şəhər inzibati ərazi dairəsi
• Qobustan şəhəri
Ərəbşalbaş kənd inzibati ərazi dairəsi
• Ərəbşalbaş
Sündü kənd inzibati ərazi dairəsi
• Sündü kəndi
Təklə kənd inzibati ərazi dairəsi
• Təklə kəndi
• Çuxanlı kəndi
Nabur kənd inzibati ərazi dairəsi
• Nabur kəndi
• Bəklə kəndi
• Cəngi kəndi
Cəyirli kənd inzibati ərazi dairəsi
• Cəyirli kəndi
• Çelov kəndi
Şıxzahırlı kənd inzibati ərazi dairəsi
• Şıxzahırlı kəndi
• Çeyrankeçməz kəndi
• İlanlı kəndi
Ərəbqədim kənd inzibati ərazi dairəsi
• Ərəbqədim kəndi
• Göydərə kəndi
• Nardaran kəndi
Bədəlli kənd inzibati ərazi dairəsi
• Bədəlli kəndi
• Üzümçü qəsəbəsi
• Sədəf kəndi
Cəmcəmli kənd inzibati ərazi dairəsi
• Cəmcəmli kəndi
• Damlamacai kəndi
Poladlı kənd inzibati ərazi dairəsi
• Poladlı kəndi
Yekəxana kənd inzibati ərazi dairəsi
• Yekəxana kəndi
• Təsi kəndi
• Qədirli kəndi
Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi
• Təklə Mirzəbaba
Hilmilli kənd inzibati ərazi dairəsi
• Hilmilli kəndi
• Şıxlar kəndi
Dərəkənd kənd inzibati ərazi dairəsi
• Dərəkənd kəndi
Qurbançı kənd inzibati ərazi dairəsi
• Qurbançı kəndi
• Ərəbşahverdi kəndi
• Qaracüzlü kəndi
• Xəlfəli kəndi
• Çay Qurbançı
 

Keçidlər