Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq məlumatlar

2. Qobustan rayonu üzrə Dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə rayon (şəhər) icra hakimiyyətinin işçilərindən məsul şəxslərin təyin edilməsi barədə

Məlumat

s/n

Məsul şəxsin

 

 

 

Vəzifəsi

Adı və soyadı

Əlaqə nömrələri

 

Elektron poçt ünvanı

 

 

Təhkim olunduğu inzibati və sahə iəd-nin adları

 

 

1

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini

İbadət Bəhrəmov

050-319-58-56

(020)245-26-23

m.akbarov@qobustan-ih.gov.az

Qobustan şəhər İƏD,

Dərəkənd kənd İƏD

 

2

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi

Sülhün Qayıbov

050-489-15-89

mail@qobustan-ih.gov.az

Bədəlli kənd İƏD,

Poladlı kənd İƏD,

Yekəxana kənd İƏD

3

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi

Rasim Əkbərov

055-678-79-39

akbarov-rasim@qobustan-ih.gov.az

Ərəbşalbaş kənd İƏD,

Təklə Mirzəbaba kənd İƏD,

Təklə kənd İƏD

4

Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi

Xalid Novruzov

055-435-85-30

x.novruzov@qobustan-ih.gov.az

Cəyirli kənd İƏD,

Nabur kənd İƏD,

 

 

5

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi

Azər Cəbiyev

050-349-33-03

m.akbarov@qobustan-ih.gov.az

Qurbançı kənd İƏD,

Şıxzahırlı kənd İƏD,

Ərəbqədim kənd İƏD

6

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

Amid Astanov

055-210-15-26

a.astanov@qobustan-ih.gov.az

Sündü kənd İƏD,

Xilmilli kənd İƏD

 

1. Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Qobustan rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində görülmüş işlər üzrə
HESABAT


  Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Qobustan rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində müvafiq  tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
2021-ci il üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanaraq təsdiq edilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin cavabdehlik daşıdıqları sahələr üzrə fəaliyyətləri nəzarətdə saxlanmışdır. Şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı informasiya əldə edilməsi, Rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, korrupsiyanın qarşısının alınması, hesabatların internet səhifəsində açıqlanması, müşavirə və görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir. Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının qəbullarında, yerlərdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə  müvafiq qərarlar verilir. 2021-ci ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Qobustan rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılmışdır..
  Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün heç bir qeyri-hökumət təşkilatı Qobustan Rayon İcra Hakimiyyətinə müraciət etməmişdir.  Qobustan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura fəaliyyətini davam etdirmişdir.
  Hesabat dövrü ərzində dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu müzakirə edilərək, dövlət qulluqçularının etik normalara zidd olan hərəkətlərə yol verməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.  Antikorrupsiya məsələləri üzrə əməkdaşlarla fərdi söhbətlər aparılmış, treninq, müşavirə keçirilmiş və hazırda da bu işlər davam etdirilir. Ötən dövrdə etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır. Etik davranış məsələləri, etik davranış qaydalarının pozulması halları və  intizam tənbehi ilə bağlı müvafiq tədbirlər planı hazırlanmış və icrası təmin edilmişdir
       Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi  ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin mərkəzləşmiş qayadada müvafiq proqram təminatı çərçivəsində RİH tərəfindən həyata keçirilməsi  nəzərdə tutulmuşdur. Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək üçün müvafiq hazırlıq işləri görülüb. Elektron hökumət portalına inteqrasiya olunması üçün təqdim olunmuşdur. Rayon İcra Hakimiyyətinin saytında Elektron poçt xidməti fəaliyyət göstərir (Qəbula elektron yazılma və Elektron müraciət). Elektron qəbul üçün şərait yaradılmışdır.
Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Nazirlər Kabinetinə hesabat təqdim olunmuşdur.

Keçidlər