Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

 

Azərbaycan Respublikası
        Qobustan rayonu İcra hakimiyyətinin başçısının

 SƏRƏNCAMI

№009                                                                                                   15 yanvar  2018-ci il

                                        İctimai İşlər növündə cəzanın icra edildiyi 
                                        ictimai  yerlərin müəyyənləşdirilməsi haqqında

   Azərbaycan Respublikası  Prezidentinin  2012-ci il 6    iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri  haqqında Əsasnamə”nin 4.15.5-ci bəndini, Azərbaycan   Respublikası Nazirlər Kabinetinin 2017ci il 17 oktyabr 438 nömrəli  Qərarı ilə təsdiq edilmiş “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlbb ediləcəyi işlərin növləri və belə işlərin keçirələcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nı  rəhbər tutaraq

                                             QƏRARA ALIRAM:

1.İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin və icra ediləcəyi  iş yerlərinin siyahısı müəyyənləşdirilsin:
-Bayraq meydanında abadlıq və təmizlik işləri təmizlik işlərinin aparılması 2(iki) yer
-Şəhər mədəniyyə və istirahət parkında abadlıq və təmizlik işlərinin aparılması 2(iki) yer
- Kommunal Müəssisələri Kombinatında  abadlıq və təmizlik işlərinin aparılması 3(üç) yer
  2.Tapşırılsın İcra hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlil və proqnozlaşdırılması şöbəsinin müdirinə sərəncamın icrasını təmin edilsin.
  3.Sərəncamın icrasına nəzarət İcra hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinə tapşırılsın.

                                   Qobustan rayonu İcra
                                         hakimiyyətinin başçısı:                        A.M.Məmmədov

Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qobustan rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Qobustan İdman Kompleksi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilmiş, müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 oktyabr 2017-ci il.

Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “4 dekabr 2013-cü il.

 

Qobustan Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qobustan Mərkəzi Rayon Xəstəxanasının 50 çarpayılıq yeni binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2013-cü il.

 

 

Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Xilmilli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Qobustan Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2012-ci il.

Keçidlər