Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu Nabur kənd Mədəniyyət evində “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.

14 iyul 2017 | 16:00

      İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Nabur kənd Mədəniyyət evində “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
      Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Dövlət Komitəsinin əməkdaşı Namiq Talıbov, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Museyibov, gənclər, eləcə də kənd ictimaiyyəti nümayəndələri iştirak ediblər.
       Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
        DQİDK-nın şöbə müdiri Əliheydər Zülfüqarov radikal dini cərəyanların yaranması, təbliğat metodları haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
        Daha sonra çıxış edən QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov dini radikalizmin fəsadları və qarşısının alınması yollarından danışaraq İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs ediblər.
        Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər