Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq, erkən nikah”

29 oktyabr 2019 | 16:00

Cəyirli kəndində Çalov kənd sakinləridə iştirak etməklə “Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq, erkən nikah” adlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Qobustan RİH-i başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, Hüquq şğbəsinin müdiri Aytən Əhmədova, hüquq şəbəsinin məsləhətçisi İradə Məmmədova və psixoloq Şəfəq Gülverdiyeva iştirak edirdilər.
   Tədbirdə Təranə Güləliyeva çıxış edərək bildirmişdir ki, erkən nikahdan danışarkən ilk öncə nikahdan, onun bağlanması qaydasından və şərtlərindən qısaca danışmaq istərdim. Ailə məcəlləsinin 2-ci bölməsi, 3-cü fəsli nikahın bağlanması və nikaha xitam verilməsinə həsr olunmuşdur. Ailə məcəlləsinin 9-cu maddəs nikahın bağlanması qaydalarına həsr olunur. Belə ki, nikah rayon, şəhər qeydiyyat şöbələri,habelə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə icra hakimiyyətinin nümayəndəlikləri tərəfindən də aparılır.Xüsusi hallarda hamiləlik, uşağın doğulması kimi hallarda nikah ərizə verilən gün bağlana bilər. 2016-cı il tarixdə yeni dərc olunmuş Azərbaycan Respublikasında Məcəlləsinin 10.1-ci maddəsinə əsasən,Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

   Erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.

    Məişət zorakılığı- yəni yaxın qohumluq münasibətlərindən birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür.
Fiziki zorakılıq- birinin digərinə qəsdən fiziki təzyiq göstərməsidir. Sağlamlığına zərər vurması, işgəncə verməsi, vəs.
Psixoloji zorakılıq-qəsdən psixoloji təzyiq göstərmə və ya dözülməz psixoloji şərait yaradılması başa düşülür.
Məişət zorakılığı barədə şikayətlərdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə müvafiq icra hakimiyyəti orqanı baxır.
Əməlində cinayət tərkibi və ya inzibati xəta tərkibi olan şəxslər barədə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanına müraciət edilir. Məişət zorakılığının təkrarlanmaması üçün, oncə yazılı xəbərdarlıq edilir, sonra məlumat daxil olduğu vaxtdan 24 saat ərzində 30 günlük qısamüddətli mühafizə orderi verilir. Vətəndaş xəbərdarlığa riayət etməzsə, 30 gündən 180 günə qədər uzunmüddətli mühafizə orderi verilməsi üçün ya vətəndaş özü yada icra hakimiyyti orqanı məhkəməyə müraciət edir.

Sonra məktəb müəllimələri və vətəndaşlar öz fikirlərini, təkliflərini bildirdilər.

Keçidlər