Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Şura və AXCP-nin ölkədə siyasi həmrəyliyi və milli birliyi rədd edib.

05 oktyabr 2020 | 16:00

- Siyasi həmrəylik strateji hədəfdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə siyasi dialoq mühitinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar ölkə ictimaiyyəti tərəfindən təqdirlə qarşılanır və artıq,  demək olar ki, bütün siyasi spektri əhatə etməkdədir.
- Siyasi qüvvələrin birliyi. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən siyasi partiyalarının birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin də təcəssümüdür.
- Ölkəmizdə formalaşan siyasi dialoq ənənələri. Oktyabrın 3-də Bakıda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilmiş “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans siyasi həmrəyliyin institusional əsaslarının mövcudluğundan xəbər verir.
- Radikal müxalifətin təəssüf doğuran xain hərəkəti. Ölkənin siyasi rəhbərliyi tərəfindən əməkdaşlıq və dialoq təkilflərinin bir neçə dəfə səsləndirilməsinə, PA-nın müvafiq strukturunun israrlı cəhdlərinə baxmayaraq AXCP və onun yandaş qurumu olan “milli şura” inadla siyasi dialoqdan yayınır, Azərbaycanın Vətən müharibəsi apardığı bu günlərdə belə ümummilli həmrəylik təşəbbüslərinə cavab vermir, milli mövqe sərgiləmir.
- Düşməni illər ərzində örnək gətirən Milli Şura və AXCP-nin, bu gün xalqın gözünə baxaraq danışmağa haqqı yoxdur. AXCP fəallarının Paşinyandan “inqilabi lider”, “öz xalqının azadlığı, demokratik cəmiyyət quruculuğu mücahidi” kimi bəhs etməsi, onu öyüb göylərə qaldırması da unudulmayıb.
- Siyasi dialoqu siyasi dəyər kimi adlandıran dövlət başçımız. Prezident İlham Əliyev BMT 75-ci sessiyasının iclasında çıxış edərkən ölkənin bütün siyasi qüvvələrinin dialoq təşəbbüslərini dəstəklədiyini qeyd etmiş, uğurla başlayan siyasi dialoqun siyasi sistemimizi gücləndirəcəyini və Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına xidmət edəcəyini demişdir.
- Siyasi səhnəni tərk etmək məcburiyyətində qalan radikal müxalifət. Xalqın inamını itirmiş və sağlam siyasi proseslərdən özünü təcrid edən ümummilli məsələlərin həlli naminə dialoqdan inadla yayınan radikal müxalifət gec-tez siyasi səhnəni tərk etməyə məcbur olacaqdır.
- Öz seçimini etmiş radikal müxalifət. Siyasi və milli birliyin təcəssümü olan siyasi partiyalarının birgə bəyanatına qoşulmamaqla Milli Şura və AXCP öz seçimini etmiş olub. Onların seçimi dövlətin milli maraqlarına zidd və xalqımıza qarşı düşmən mövqedə duran qüvvələrin yanında durmaqdır.
- Ölkənin siyasi tarixində bir ilk. 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə son 32 ildə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyalar 43+4, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar siyasi partiyalar 50+1 formatında ölkə Prezidentinin, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi həmrəyliyin təcəssümü olan bu bəyanatlar ölkəmizdə sağlam siyasi münasibətlərin bərqərar olmasının müjdəsidir. Yalnız sağlam münasibətlərə və xalqın birliyinə qarşı çıxan qüvvə bu taleyüklü birlikdən qaça bilər.
- Meydanda tək qalmış radikal müxalifət. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqlı tələbi ölkə siyasətçilərini birləşdirdiyi bir dövrdə, xalqdan üzünü çevirmiş Milli Şura və AXCP öz xəstə ambisiyaları ilə üzü-üzə qalıb.
- Özünə qarşı tamamilə etibarını itirmiş AXCP və Milli Şura. Birgə bəyanat Azərbaycan xalqı və ölkənin aparıcı siyasi qüvvəsi yekdilliklə Prezidentin yanında olduğunu bildirən rəmzdir. Siyasi və milli həmrəylik eyni zamanda etibarlı münasibətlərinin əsasıdır. Odur ki, həmrəylik nümayiş etməyən qüvvələr xalqın etibarını da itirmiş olur.
- AXCP və Milli Şuranın xain mövqeyi. Siyasi həmrəyliyə xidmət edən addımlar xalqın milli  birliyinə xidmət edən təşəbbüslərdir. Azərbaycanın haqq müharibəsi və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vəhdət qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.
- Düşməni özünə dost seçmiş AXCP və Milli Şura. Siyasi partiyalar tərəfindən imzalanmış bəyanat milli birliyin təzahürüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Haqq mübarizəsi bütün xalqı birləşdirib. Bütün xalq tarixi ədalətin bərpa olunmasını arzulayır. Bəyanata qoşulmayan AXCP və Milli Şuranın arzusu isə milli ixtilafdır.
- Radikal müxalifətin bel bağladığı qüvvələr də özünü ifşa edirlər. Avropaya inteqrasiyanı tələb edən AXCP bü gün Avropasiz qalıb. Fransa Prezidenti Emmanuel Makronun cəfəngiyat və əssasız bəyanatı bir daha onu göstərdi ki, münaqişənin aqibəti və onun haqlı həlli Azərbaycan xalqının əllərindədir. Avropa yalnız AXCP-nin xəstə ambisiyalarının şikayət ünvanı kimi qalıb.

Keçidlər