Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”

27 aprel 2023 | 15:35

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, tədbirlər planı çərçivəsində Qobustan rayonunda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərə həsr olunmuş filmi nümayiş olunub.

Sonra Qobustan İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin Ümummilli Liderin əziz xatirəsinə ehtiramın ali nümunəsi olduğunu bildirib. Sonra qeyd edib ki, hamıya yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə "rəhbərlik" edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirdilər.

   Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu.Ümumbəşəri dəyərlərə inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, insan kapitalının inkişafı, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, tolerant, multikultural dəyərlərin təbliği və digər məsələlərin dövlət başçısının diqqət mərkəzində olduğunu qeyd edib. Müstəqillik tariximizin zirvəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunmasının, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin dayandığını, şanlı Ordumuzun qazandığı Qarabağ Zəfərinin xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Milli Məclisin deputatı Nəsib Məhəmməliyev çıxış edərək,  Müasir Azərbaycan dövlətçiliyinin tarixində ən önəmli, taleyüklü günlərdən biri 3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləridir. Xalqın gələcək müqəddaratının müəyyənləşdirilməsində, Azərbaycan adlı güclü dövlətin formalaşmasında xüsusi çəkisi olan seçkilərdə Heydər Əlirza oğlu Əliyev ilk dəfə Prezident seçildi. Sual oluna bilər, yaddaşlara əbədi olaraq həkk olunmuş 3 oktyabr seçkilərini digərlərindən fərqləndirən cəhətlər hansılardır? Nə ölkə daxilində, nə də ki əcnəbi ölkələrdə keçirilən seçkilərdə buna bənzər kütləvilik, seçici fəallığı görünməmişdi. 1988-93-cü illər arası, beş siyasi hakimiyyət dəyişikliyindən, Qarabağdakı təxribatlardan, bir balaca sosial gərginlik yaranan kimi, canlarını götürüb qaçan prezidentlərdən bezmiş xalq, nicatını Heydər Əliyev şəxsiyyətində görürdü

 Sonra YAP Xətai şəhər təşkilatının sədri Vüqar Rəhimzadə  çıxış ediərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 31 il ötür. İllər keçdikcə bu tarixin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Dahi şəxsiyyətin Sədr seçildiyi bu gün təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın xilası kimi tarixə yazılıb.

Bu fikirlərin o dövrün reallıqlarını tamamilə əks etdirdiyinə əmin olmaq üçün həmin illərdə görülən işlərin, atılan addımların, qəbul edilən qərarların xronologiyasına diqqət yetirmək kifayətdir. 1990-cı ildə sovet imperiyasının törətdiyi 20 Yanvar hadisələrinə münasibət bildirən Ulu Öndərin Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi bəyanatı vətəndaşlıq borcu, kommunist rejiminə qarşı etiraz, siyasi qətiyyət adlandıran Prezident İlham Əliyev müdrik siyasətçi Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı adlandırır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. Bu bayraq Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də, Azərbaycanda isə 1991-ci il fevralın 5-də qaldırıldı.

Keçidlər