Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq məqsədi ilə tədbir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsinin təşəbbüsü, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Qobustan rayon Sektorunun təşkilatçılığı ilə məktəblərdə #Narkomaniyailəmübarizə ilə bağlı görüşlərimiz davam edir.
Növbəti görüş Qobustan şəhər A.O.Qayıblı adına 3 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə baş tutdu.
Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin əməkdaşı Rüfət Vəlixanov, Daxili İşlər Nazirliyinin Qobustan rayon Polis Şöbəsinin rəisi polis mayoru Fərid Fətəliyev, Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov,Rayon ictimayəti nümayəndələri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşdülər.
Görüş gənclərimiz tərəfindən böyük diqqət və maraqla qarşılandı.