Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan şəhər Mədəniyyət evinin zalında "Dolu" filminin nümayişi

29 sentyabr 2017 | 16:00

"Dolu" filminin nümayişi

15 sentyabr 2017-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin "Milli kinonun inkişafına dair tədbirlər haqqında" 8 avqust 2017-ci il tarixli. 186 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Qobustan şəhər Mədəniyyət evinin zalında kino mövsümünün açılış günü ilə əlaqədar 19 sentyabr 2017 ci il tarixdə Elxan Cəfərov tərəfindən 2012-ci ildə çəkilmiş, Aqil Abbasın eyniadlı romanı əsasında ekranlaşdırılmış "Dolu" filmi nümayiş olundu. Tədbiri giriş sözü ilə Mədəniyyət Turizm İdarəsinin direktoru Şəhriyar Soltan açaraq "Dolu" filmi haqqında qsaca məlumat verərək bildirdi ki. filmdə 1991-ci ildə Qarabağda cərəyan edən hadisələr göstərilir. Film Qarabağ müharibəsində heç nəyə baxmayaqraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin sonunda "Milli kinomuz- Milli sərvətimiz" başlıqlı sərgiyə baxış keçirildi.

Keçidlər