Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyi sülh və birlik nümunəsidir”

13 noyabr 2017 | 16:00

       Noyabrın 10-da Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “İslamda vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib.
             Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,  DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və şöbənin əməkdaşı Cavid Əhmədov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Qobustan RİH Başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baxşalı Baxşalıyev, Təklə-Mirzəbaba kənd orta məktəbinin direktoru Vüsal Şıxalıyev, dini icma sədri Elman Qayıbov, kənd ağsaqqalları, müəllimlər və şagirdlər  iştirak ediblər.
             Çıxışlar zamanı İslam dinində Vətənə, torpağa bağlılığın mahiyyətindən, Vətən sevgisinin müqəddəsliyindən, eyni zamanda İslamda şəhidlik zirvəsindən bəhs edilib. Torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızın həyatından nümunələr gətirilərək gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruri olduğu vurğulanıb.
           Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablandırılıb.
            Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

 

Keçidlər