Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayonu İcra Hakimiyyətinin və Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının birgə təşkilatçılığı ilə rayonun Xilmilli kəndində “16 noyabr-Beynəlxalq Tolerantlıq Günü” qeyd edildi.

15 noyabr 2017 | 16:00

     12 noyabr 2017-ci il tarixdə Qobustan rayonu İcra hakimiyyətinin və Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının birgə təşkilatçılığı ilə rayonun Xilmilli kəndində “16 noyabr-Beynəlxalq Tolerantlıq Günü” qeyd edildi.

     Tədbirdə Qobustan RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan RİH başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Bayramov, Heydər məscidinin imamı  Çingiz Babaşov, Bakı və Sumqayıt şəhərlərindən, İsmayıllı və Şamaxı rayonlarından olan ruhani-xristian dini icmaların rəhbərləri, Xilmilli kənd məscidi dini icmasının üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

     Tədbiri giriş sözü ilə açan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov qeyd etdi ki, bu gün Azərbaycan əksər dövlətlər tərəfindən tolerant ölkə kimi tanınır. Ölkəmiz bütün millətlərin, xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı sakit və sabit bir adaya bənzəyir. Əhalisinin çoxmillətli olması, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışı bir daha təsdiq edir ki, Azərbaycan tolerantlığın ən nümunəvi məkanlarından biridir. Sevindirici haldır ki, Avropanın bir neçə ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmi fənn kimi tədris olunur. Bütün bu nailiyyətlər Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətin nəticəsidir. A.Şikarov həmçinin bildirdi ki, Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayonda multikultural, tolerant dəyərlərlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Bu səbəbdən bu vaxta kimi rayonda dini, milli zəmində heç bir neqativ hal baş verməmişdir.
      Digər çıxış edənlər ölkəmizdə hökm sürən sabitliyə, inkişafa görə  Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
      Tədbirin sonunda Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının sədri Yekaterina Tsapleva rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif olundu.

 

Keçidlər