Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Zakir Qaralov yanvarın 19-da saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşlarla qəbul keçirdi.

19 yanvar 2018 | 16:00

Baş prokuror Zakir Qaralov yanvarın 19-da saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşlarla qəbul keçirdi.

Baş prokuror Zakir Qaralov və Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Heydər Əliyev Parkında Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoydular.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxıldı.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Keçidlər