Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı anıldı.

27 fevral 2014 | 16:00

Xocalı soyqırımının 22-ci ildönümü Qobustan  rayonunda  da qeyd edildi. Qobustan  rayonunda keçirilən anım mərasımi ilkin olaraq Qobustan şəhərindəki Şəhidlər Xiyabanına əklil və gül dəstləri qoyulması ilə başladı. Sonra rayon İcra hakimiyyətində Xocalı soyqırımını əks etdirən fotosərgi ilə davam etdirildi.
Bundan sonra rayon rəhbərliyinin, ziyalıların və içtimaiyyətin iştirakı ilə anım tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək 22 il öncə Xocalıda Ermənistan dövləti tərəfindən həyata keçirilən vəhşətin insanlığa qarşı soyqırım olduğunu, dünyanın baş verən bu soyqırım qarşısında səssiz qaldığı bildirdi. Natiq qeyd edti ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verilmiş, bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq içtimaiyyətə Xocalıda baş verən qətliamın soyqırım kimi tanınması istiqamətində ciddi addımlar atılır. A.Məmmədov onu da vurğuladı ki, artıq dünyanın bir çox ölkəsi Xocalıda baş verənləri soyqırım kimi tanımaqla Ermənistan dövlətinin insanlığa qarşı işlətmiş vəhşətin nə qədər ağır olduğunu sübut etmiş oldular.
Rayonda məskunlaşan Xocalıdan məcburi köçkün Narxanım Məmmədova da Xocalıda başlarına gələn fəlakətlərdən danışdı.

Keçidlər