Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Ərəbşahverdi kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

03 oktyabr 2018 | 16:00

Qobustan rayon Ərəbşahverdi kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Ərəbşahverdi kənd üzrə nümayəndə Qaragedəyev Sadəddin hesabat verərək  il ərzində kənddə görülən işlər barədə danişdı. Kənddə 80 təsərrüfat  var. Ərəbşahverdi kəndinin ümumi ərazisi 2502 hektar, əhalisi isə 1088 nəfərdir. Kəndin əkinə yararlı sahəsi 575 hektardır. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. 
      Sonra kənd əhalisindən Ələkbərov Rasim Ağakərim oğlu, Mustafayev Sənan Əzizbala oğlu, Zərbəliyeva Ülfət Afət qızı və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdi. Kənd əhalisinin rahatlığı üçün kənd məktəbinin əsaslı təmirini, kəndin  su probleminin həllini və işıq dirəklərinin əsaslı təmir olunmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov Ərəbşahverdi kəndinin problemləri ilə yaxından tanış olduğunu bildirdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu və aidiyyatı üzrə işlər görüldüyünü bildirdi.   Kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl olunaraq əkilməsinin və ziyanvericilərə qarşı aparılan mübarizənin  vacib olduğunu qeyd etdi. Sonra qeyd etdi ki, rayonumuza göstərilən bu qayğıya görə cənab prezidentimiz İlham Əliyevə öz təşəkkürümüzü bildiririk.

  Vətəndaşlara bildirlidi ki, göstərilən məsələlər də tez bir zamanda öz həllini tapacaq.

Keçidlər