Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Çuxanlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

30 yanvar 2019 | 16:00

         Cənab Prezident  İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Qobustan rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, "xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” sözlərinə uyğun olaraq Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
      Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun növbəti səyyar-qəbul görüşü rayonun ən qədim yaşayış məntəqələrindən olan Çuxanlı kəndində keçirildi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Çuxanlı kənd sakinləri ilə görüşə gələn Adil Məmmədov çıxış edərək qeyd edib ki, rayonun bütün kəndlərində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirilməsi artıq ənənə halı alib. Adil Məmmədov səyyar qəbulların məqsədi  yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Çuxanlı kənd sakinləri ilə cari ilin iyul ayının 18-də görüş keçirildiyini vurğulayan başçı ötən müddət ərzində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.
     Qobustan RİH başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynağa Hüseynov, Təklə bələdiyyəsinin sədri Əmrahov Teyfur və digər natiqlər hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirilən abadlıq-quruculuq işləri haqqında məlumat veriblər.
     Bundan sonra kənd sakinləri çıxış edərək rayon İcra Başçısının kəndlərdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüş zamanı qaldırılan problemlərin böyük əksəriyyəti tamamilə həll olunub. Çıxışçılar rayonunda, eləcə də Çuxanlı kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür ediblər. Kəndin yuxarı hissəsində yeni tikilmiş evlərə elektrik enerjisinin daha keyfiyyətli verilşini və bir neçə şəxsi xarakterli məsələlərin həlli üçün xahiş ediblər.
     Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
     Görüşün yekununda cənab Adil Məmmədov bildirdi ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Qobustan rayon əhalisi sürətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

 

Keçidlər