Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral - Azərbaycan Gəncləri Günüdür.

31 yanvar 2020 | 16:00

31 yanvar 2020-ci il tarixdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Qobustan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir.Tədbirdə Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva, Gənclər və İdman İdartəsinin rəisi Qadir Əkbərov və başqaları çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin, bu gün də cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyini, gənclərə göstərilən diqqət və qayğını diqqətə çatdırmışlar. Gənclər günü münasibətilə Qobustan rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən əməkdə, təhsildə, idmanda və incəsənətin müxtəlif sahələri üzrə fərqlənmiş gənclər Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
2 Fevral - Gənclər günü münasibətilə bütün Azərbaycan gənclərini Qobustan rayon İcra Hakimiyyəti kollektivi adından təbrik edir, xoşbəxtlik, sağlamlıq, mənalı və xeyirli ömür, şəxsi həyatlarında və fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik!

Keçidlər