Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Sədəfli kənd sakinləri ilə səyyar görüş keçirdi.

14 fevral 2020 | 16:00

Qobustan rayon Sədəfli kənd tam orta məktəbdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Sədəfli kənd sakinləri ilə səyyar görüş keçirdi. Görüşdə Qobustan rayon Polis şöbəsinin rəisi Etibar Babayev, rayon  İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər