Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sahibov Mübariz Əli oğlunun Doğum Günü

16 aprel 2021 | 16:00

Şəhid Sahibov Mübariz Əli oğlunun Doğum Günü
2021-04-16
Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, Sahibov Mübariz Əli oğlunun doğum günüdür. Sahibov Mübariz Əli oğlu 1-ci Qarabağ müharibəsində əsgər kimi şərəfli döyüş yolu keçmişdir
Şəhidin doğum günü ilə əlaqədar oxuduğu Ərəbqədim kənd məktəbinin  bir qrup müəllim və şagirdləri  onun abidəsi önünə getmiş və  xatirəsini ehtiramla yad etmişlər.
      Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzvləri Sahibov Mübarizin doğum günündə şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoymuşdur.
     Qobustan RİHBA-nın üzvləri ziyarətdə iştirak edən şəhid yaxınlarI ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
     Şəhid atası Əli Sahibov dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.
Şəhid Sahibov Mübariz Əli oğlunun doğum günü Pandemiya şərtlərini nəzərə alaraq Pandemiya qaydaları çərçivəsində təşkil edilmişdir.

Keçidlər