Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Adil Məcnun oğlu Məmmədov

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı

    Məmmədov Adil Məcnun oğlu 15 aprel 1952-ci ildə Vartaşen (Oğuz) rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu “Baytarlıq” ixtisası  üzrə bitirmişdir.
     15.10.1975-ci il tarixdən 04.09.1981-ci il tarixədək Vartaşen (Oğuz)  rayonu Padar kəndində “Pravda” kolxozunda baytar həkim,  04.09.1981-ci il tarixdən 10.02.1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir.10.02.1982-ci il tarixdən 10.02.1988-ci il tarixədək Xaçmaz kəndi “Lenin” adına kolxozun idarə heyətinin sədri, 10.02.1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi “Komsomol” kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor,  28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir.
      Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən  03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı,  25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı,  26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı,  26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
A.Məmmədov YAP-nın yaradılmasında fəal iştirak etmiş, YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Ailəlidir, 1 qızı, 2 oğlu, 3 nəvəsi var. Bir neçə kitab və elmi məqalənin müəllifidir.
 

Keçidlər