Rayon idarələri
Qobustan rayon Gənclər və İdman İdarəsi
QOBUSTAN RAYON GƏNCLƏR VƏ İDMAN İDARƏSİ
Qobustan rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin struktur qurumu kimi Qobustan rayonunda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirir. İdarə öz fəaliyyətini Qobustan rayon İcra Hakimiyyəti, bələdiyyə orqanları, hüquq-mühafizə orqanları, hökumət və qeyri-hökumət təşkilatları, idman federasiyaları və cəmiyyətləri, habelə digər ictimai birliklərlə əlaqəli şəkildə qurur. İdarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 1995-ci il tarixli, 62 nömrəli qərarı ilə yaradılmışdır. İşçilərin sayı 4 nəfərdir.
2.1. İdarənin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
2.1.1. Gənclər və idman sahəsində dövlət siyasətini həyata keçirmək, gənclərin fiziki, əqli və mənəvi inkişafı üçün müvafiq şərait , bərabər hüquq və imkanlar yaratmaq;
2.1.2. İdman və bədən tərbiyəsinə daha geniş kütlələri cəlb etmək, onların fiziki tərbiyəsini təşkil etmək, yüksək ixtisaslı idmançılar yetişdirmək;
2.1.3. Gənclər və idman sahələrində dövlət siyasətinin təşkili və həyata keçirilməsi ilə bağlı informativ-analitik materiallar hazırlamaq, rayonun iqtisadi, siyasi və mədəni həyatında, demoqrafik inkişafında gənclərin vəziyyətinin müxtəlif aspektlərinin təhlilini aparmaq;
2.1.4. Qobustan rayonunda idman yarışları təşkil etmək, idman tədbirlərinin keçirilməsinə nəzarəti həyata keçirmək;
2.1.5. Mülkiyyət formasından asılı olmayaraq, idman qurğularının rayon ərazisində yerləşdirilməsi planlarının müzakirəsində iştirak etmək;
2.1.6. Sosial yönümlü proqram və layihələrin həyata keçirilməsi ilə bağlı dövlət və yerli büdcədən ayrılan maliyyə və maddi vəsaitlərin məqsədli və səmərəli istifadəsinə nəzarəti həyata keçirmək;
2.1.7. Bədən tərbiyəsi və idman sahəsində kadrların seçilməsi, yerləşdirilməsi, ixtisaslarının artırılmasını təmin etmək, onların işini təhlil etmək;
2.1.8. Qobustan rayonunda gənclər siyasətinin həyata keçirilməsinə, bədən tərbiyəsi və idman sahələrinin inkişaf etdirilməsinə dair proqramlar, tədbirlər planları hazırlamaq və icrasını təmin etmək;
2.1.9. Gənc nəslin yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını milli dövlət quruculuğuna, iqtisadi və sosial proqramların həyata keçirilməsinə yönəltmək;
2.1.10. Rayon ərazisində gənclər təşkilatlarının, idman cəmiyyətlərinin və idman federasiyalarının, digər gənclər, bədən tərbiyəsi və idman birliklərinin fəaliyyətini əlaqələndirmək;
2.1.11. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində respublikanın digər şəhər və rayonları ilə, xarici ölkələrlə əməkdaşlıq əlaqələrinin qurulması işində və onların inkişaf etdirilməsində iştirak etmək;
2.1.12. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində İcra Hakimiyyəti və yerli özünüidarə orqanlarına kömək etmək;
2.2. İdarə qarşısında qoyulan əsas vəzifələrə uyğun aşağıdakı funksiyaları yerinə yetirir:
2.2.1. Öz səlahiyyətləri daxilində Qobustan rayonunda Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının yerinə yetirilməsini təmin edir;
2.2.2. Gənclərin problemlərinin həlli ilə bağlı hesabat hazırlayır və ümumiləşdirərək Nazirliyə təqdim edir;
2.2.3. Rayon ərazisində gənclərin iqtisadi, mədəni, təhsil, sosial müdafiə, bədən tərbiyəsi, idman və asudə vaxtın səmərəli keçirilməsinə yönəlmiş proqramların işlənib hazırlanmasını və həyata keçirilməsini təmin edir;
2.2.4. Gənclərin sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, müxtəlif peşələrə yiyələnməsi və işlə təmin olunması sahələrində əlaqədar təşkilatlarla birlikdə tədbirlər görür, lazım gəldikdə müvafiq yerli dövlət orqanları qarşısında vəsadət qaldırır;
2.2.5. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində Nazirlik tərəfindən aparılan elmi araşdırmaların nəticələrini təcrübədə tətbiq edir;
2.2.6. Gənclərlə iş, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı perspektiv və cari planların hazırlanmasında iştirak edir;
2.2.7. Bədən tərbiyəsi və idman sahəsində görülmüş işlər haqqında hesabat hazırlayır və ümumiləşdirərək Nazirliyə təqdim edir;
2.2.8. Bədən tərbiyəsi və idmanın maddi bazasının yaxşılaşdırılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı tədbirlərin keçirilməsi haqqında təkliflər hazırlayır və Rayon İcra Hakimiyyətinin və müvafiq təşkilatların müzakirəsinə təqdim edir;
2.2.9. Gənclərin maraqlarının hərtərəfli təmin edilməsi məqsədilə müsabiqələr, festivallar, sərgilər, yarışlar və digər tədbirlər təşkil edir;
2.2.10. Müəyyən olunmuş qaydada bədən tərbiyəsi və idmanın inkişafında yüksək göstəricilərə nail olan idmançılar, bədən tərbiyəsi və idman işçilərini müvafiq qaydada təltif edir;
2.2.11. Mədəniyyət və istirahət mərkəzlərindən, kitabxanalardan səmərəli istifadə etməklə, gənclərdə vətənə məhəbbət, estetik kamillik, vicdan azadlığına hörmət, beynəlmiləlçilik hissi və digər mənəvi-əxlaqi keyfiyyətləri formalaşdırır;
2.2.12. Bədən tərbiyəsi təşkilatlarının qabaqcıl təcrübələrini təhlil edir, rayonda bədən tərbiyəsi və idmanın təşviqini, təbliğini və inkişafını təmin edir;
2.2.13. Rayonun tədris müəssisələrində bədən tərbiyəsi və idman vasitəsilə gənclərin və tələbələrin sağlamlığının qorunmasını və möhkəmləndirilməsini təmin edir;
2.2.14. Rayonda əlillər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədi ilə onların yarışlarda və sağlamlıq tədbirlərində iştirak etməsi üçün şərait yaradır;
2.2.15. Rayonda istedadlı gənclərlə məqsədyönlü iş aparır, onların təhsil və sosial problemlərinə diqqət yetirir, yaradıcılıq mühitinin formalaşmasına yardım göstərir, müxtəlif tədbirlər təşkil edir;
2.2.16. Müvafiq icra hakimiyyəti orqanları ilə birgə gənclərə tibbi yardımın göstərilməsi, onların sağlamlığının bərpa olunması istiqamətində tədbirlər həyata keçirir;
2.2.17. Müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının gənclər tərəfindən öyrənilməsi, onların sahibkarlıq fəaliyyətinə yönəldilməsi və müasir biznes mühitinə uyğunlaşdırılmasında elmi-metodiki, konsaltinq-məsləhət xidmətlərini təşkil edir;
2.2.18. Gənc ailələrin sosial və məişət problemlərini öyrənir. Boşanmaların səbəblərini təhlil edir və onların aradan qaldırılmasına dair müvafiq orqanlar qarşısında təkliflər irəli sürür;
2.2.19. Şəxsiyyətin harmonik və hərtərəfli inkişafı, gənclərin əməyə, vətəni müdafiəyə hazırlanması və milli ruhda tərbiyə olunması, onların sağlamlığının möhkəmləndirilməsi, istirahətlərinin səmərəli təşkil edilməsi sahəsində bədən tərbiyəsi və idmanın rolunun artırılmasına dair tədbirlər görür;
2.2.20. Gəncləri milli adət-ənənələrə zidd olan əməlllərdən uzaqlaşdıraraq, sağlam həyat tərzinə uyğun tərbiyə edir, səlahiyyətli təşkilatlar tərəfindən narkomaniyaya qarşı mübarizə məqsədi ilə həyata keçirilən tədbirlərdə yaxından iştirak edir;
2.2.21. Bədən tərbiyəsi və idmanın inkişafının əsas istiqamətlərinin kompleks təhlilini və proqnazlaşdırılmasını həyata keçirir, müvafiq yerli dövlət orqanları ilə birlikdə bu sahəyə investisiyaların cəlb olunması üçün təkliflər hazırlayır;
2.2.22. Əhalinin sağlam həyat tərzini təmin etmək üçün idman qurğularından səmərəli istifadə edilməsini təşkil edir;
2.2.23. İdman növləri üzrə rayon miqyaslı yarışların və təlim-məşq toplanışlarının təqvimini Nazirliyin müvafiq təqviminə əsasən Baş İdarənin idman şöbəsi ilə razılaşdırdıqdan sonra təsdiq edir;
2.2.24. İdman növləri üzrə işin təşkili və aparılmasını tənzimləyən metodik, normativ sənədlərin icrasını təmin etmək;
2.2.25. İdman növləri üzrə rayon komandalarının hazırlığını təşkil edir və onların rayon və respublika yarışlarında iştirakını təmin edir, başqa yerli dövlət orqanları, şirkətlər, ictimai təşkilatlar və regional idman federasiyaları ilə birlikdə ehtiyat qüvvələrin hazırlığı üzrə iş aparır, idman məktəbnin inkişafınına köməklik göstərir;
2.2.26. Bədən tərbiyəsi və idman təşkilatlarının idman avadanlığına və ləvazimatlarına olan tələbatını öyrənir, təmin olunmasına köməklik göstərir;
2.2.27. Gəncləri ekoloji təhlükəsizliyin təmin olunmasına cəlb edir, ətraf mühitin mühafizəsində gənclərin fəal iştirakını təşkil edir;
2.2.28. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində mütəxəssislərin hazırlanması və onların ixtisasının artırılmasında Nazirlik və İcra Hakimiyyəti orqanları ilə məqsədyönlü iş aparır;
2.2.29. Hər ilin yekunu üzrə müvafiq yerli orqanlardan, habelə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq rayon ərazisində fəaliyyət göstərən bədən tərbiyəsi və idman yönümlü təşkilat, müəssisə və idarələrdən 1 və 2 nömrəli idman statistik hesabatları toplayır və ümumiləşdirərək Nazirliyə təqdim edir;
2.2.30. Vətəndaşlar tərəfindən daxil olan məktub, ərizə, şikayətlərə baxır, lazımi tədbirlər görür;
2.2.31. Öz vəzifələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir. (Əsas: Qobustan rayon Gənclər və İdman İdarəsi haqqında Əsasnamə)
Ünvan: AZ3700 Qobustan şəhəri, M.Balakişiyev 12
Telefon: (+994 2024) 5-24-50
Rəhbərlik haqqında məlumat
Adı, soyadı və atasının adı: | Qadir Əkbərov Xalis oğlu |
Təvəllüdü: | 27 mart 1982 |
Təhsili: | Ali |
Stajı: | 13 |
Neçənci ildən müəssisənin rəhbəridir: | 17 avqust 2015-ci il |
Ailə üzvlərinin sayı: | 5 |
Qəbul qrafiki
Vəzifəsi | Adı, soyadı və atasının adı | Əlaqə telefonları | Qəbul günləri və saatları |
Rəis | Qadir Əkbərov Xalis oğlu | (+994 2024) 5-24-50; 050-884-11-88 |
III gün saat 1500-1700 V gün saat 1500-1700 |